Zümrüd Ağayeva UEFA-dan təyinat aldı

1 Aprel 2025 18:31

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Milli.Az xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya - Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 6-cı qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Şimali Makedoniya Futbol Federasiyasının Skopyedə yerləşən Məşq Mərkəzində təşkil olunacaq.

Milli.Az