Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdi

1 Aprel 2025 10:40

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Vilen Qabrielyan jurnalistlərlə sərxoş vəziyyətdə yaratdığı qalmaqaldan sonra deputat manatından imtina etdiyini deyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, bu barədə bəyanat yayıb.

Qeyd edək ki, o, məlum hadisə zamanı hətta hakim partiyanın 2026-cı ildə hakimiyyətdən gedəcəyini açıqlayıb.

Milli.Az