Azərbaycanda insanların düzüldüyü bu uzun növbənin səbəbi nədir? - VİDEO

30 Mart 2025 23:25

Qəbələnin Qəmərvan kəndində Ramazan bayramı ilə bağlı uzun illərdən bəri davam edən maraqlı adət-ənənə bu il də həyata keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bayram günü kəndlilər sıraya düzülüb bir-biri ilə bayramlaşırlar.

Məlumata görə, həmin gün küsülü olan həmkəndlilər də aralarındakı incikliyə son qoyurlar. Sakinlərin sözlərinə görə, bu maraqlı adət rayonun başqa kəndlərində də yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az