Gəncədə yeniyetmə dəm qazından zəhərləndi

30 Mart 2025 22:05

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az bildirir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü F.Səfərova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Səfərova yaşadığı evin hamam otağında zəhərlənib.

Faktla bağlı araşdırma aparılır. /APA

Milli.Az