“Zirə” rəqibini darmadağın etdi

30 Mart 2025 21:16

Bu gün Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.

Milli.Az xəbər verir ki, turun qapanış matçında "Zirə" "Şamaxı"nı qəbul edib.

Bu oyunda meydan sahibləri darmadağına seviniblər.

Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda "Qarabağ" "Turan Tovuz"a 4:1 hesabıyla qalib gəlibsə, "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" (3:3) matçlarında qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası
28-ci tur
30 mart

"Zirə" - "Şamaxı" 3:0
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Milli.Az