Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO

30 Mart 2025 19:49

Şəmkirdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Milli.Az-ın məlumatına görə, Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində idarə etdiyi VAZ-2106 markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən Məhərrəm Abdullayevi saxlayıb.

Sürücü barəsində inzibati protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib.

Milli.Az