Azərbaycanda bədbəxt hadisə - Qadın binadan yıxıldı

30 Mart 2025 18:43

Göygöldə bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü G.Xancığazova 5 mərtəbəli binanın 2-ci mərtəbəsindən yerə yıxılıb. Ağır xəsarət alan qadın  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Xancığazova yaşadığı evinin eyvanında pərdə asan zaman ehtiyatsızlıqdan yıxılıb./lent.az

Milli.Az