İran Trampa cavabında ABŞ ilə birbaşa danışıqlarını rədd edib - Pezeşkian

30 Mart 2025 17:52

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampa cavab məktubunda birbaşa danışıqlardan imtina edib.

Trend-in məlumatına görə, bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, lakin vasitəçilər vasitəsilə dialoqun davam etdirilməsi imkanının hələ də qaldığını bildirilib.

"Bu cavabda tərəflər arasında birbaşa danışıqlar inkar edilsə də, dolayı danışıqlar yolunun açıq qaldığı bildirilib", - deyə İran prezidenti qeyd edib.

Milli.Az