Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb

30 Mart 2025 17:43

İsrail Baş naziri Binyamin Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Binyamin Netanyahu deyib ki, Nazirlər Kabineti HAMAS-a təzyiqin gücləndirilməsini dəstəkləyib.

Baş nazir bildirib ki, İsrail atəş altında HAMAS-la danışıqlar aparır və bu, effektivdir. Binyamin Netanyahu qeyd edib ki, HAMAS-la girovların azad olunması və atəşin dayandırılması barədə razılaşmanın yekun mərhələsini müzakirə etməyə də hazırdırlar: "HAMAS silahı yerə qoymalıdır. HAMAS-ın liderlərinə Qəzza zolağını tərk etməyə icazə veriləcək. Biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcək və Qəzzadan könüllü immiqrasiya ilə bağlı Trampın planını reallaşdıracağıq. Bunu istənilən vaxt müzakirə etməyə hazırıq".

Milli.Az