İran hökumətinin sözçüsü: Tehranın Trampa cavabı ABŞ-a çatdırılıb

30 Mart 2025 14:30

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a çatdırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimeh Mohacerani X-da paylaşım edib.

Fatimeh Mohacerani qeyd edib ki, buna müvafiq olaraq ABŞ-la dolayı danışıqlar gündəliyə daxildir: "Diplomatik proses davam edir".

Qeyd edək ki, martın 27-də İran xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin məktubuna cavabın göndərildiyini bəyan edib.

Milli.Az