Ərdoğan: Cənub sərhədlərimizdə qeyri-sabitlik istəyənlərin fərqindəyik

30 Mart 2025 14:13

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlərin fərqindədir.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, Türkiyə Suriyada baş verənləri yaxından izləyir: "Lazımi tədbirləri görürük. Suriyanın ərazi bütövlüyünü və milli birliyini pozmaq istəyənlərin fərqindəyik. Belə addımlara imkan verməyəcəyik".

Milli.Az