Sabah oruc tutulmalıdır? - AÇIQLAMA

29 Mart 2025 23:50

Xəbər verdiyimiz kimi, Azərbaycanın bütün məscidlərində sabah -  martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. 

Milli.Az xəbər verir ki, hər il Ramazan ayında müzakirə olunan məsələ - bayram sabahdır, yoxsa birisigün sualı ətrafında bu il də müzakirələr açılır.

Bəs oruc tutan insanlar martın 30-da namazadək oruc tutmalıdırlar, yoxsa 29-da yekunlaşdırırlar?

Fuad Nurullayev: Bayram günü oruc tutmaq haramdır

Mövzu ilə bağlı Bakıvaxtı.az- açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Fuad Nurullayev bildirib ki, oruc tutan insan bayramın olduğunu dəqiqləşdirdikdən sonra oruc tuta bilməz:

"Bayram günü oruc tutmaq haramdır. Bayram namazına gedən insan yeməyini yeməli, buna da iftar etmək deyilir, daha sonra bayram namazına qatılmalıdır. Allah bayramımızı mübarək etsin!"

Milli.Az