ABŞ-də ziyafətdə atışma: 2 ölü, 4 yaralı var

29 Mart 2025 23:30

ABŞ-də Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "ABC News" məlumat yayıb.

"Polisə zən edərək küçədə dava olduğunu bildiriblər. Polis gələnə yaxın atəş səsləri eşidilib", - məlumatda deyilir.

Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb, onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Milli.Az