Polis Sumqayıt sakinlərinin kabusuna çevrilən şəxsləri saxladı

29 Mart 2025 22:35

Sosial şəbəkədə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər - 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıblar.

Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

Milli.Az