İlham Əliyev Ramazan Bayramı münasibəti ilə paylaşım edib - FOTO

29 Mart 2025 20:02

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Ramazan bayramı münasibəti ilə paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Əziz bacı və qardaşlarım!

Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!".

Milli.Az