500-dən çox cəriməsi olan qızın BMW-si əlindən alındı

29 Mart 2025 18:40

Rusiyanın paytaxtı Moskvada yarım milyon rubl dəyərində 500 cəriməyə görə qızın BMW markalı avtomobili əlindən alınıb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, Dövlət Yol Müfəttişliyinin əməkdaşları Sudostroitelnaya küçəsində BMW markalı avtomobili idarə edən və yol hərəkəti qaydalarını pozduğuna görə yarım milyon rubldan çox məbləğdə 500-dən çox cərimə toplayan 22 yaşlı qızı saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, o, 6 ay müddətində inzibati cəzanın icrasından qəsdən yayınıb.

Yol polisi əməkdaşları Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.25-ci maddəsinə əsasən, inzibati cəzanın icrasından yayındığına görə avtomobil sürücüsünə qarşı protokollar tərtib ediblər. Onun avtomobili xüsusi dayanacaqda yerləşdirilib.

Milli.Az