Myanmada zəlzələdə uçan binanın dağıntıları altında 90-dan çox insanın qaldığı ehtimal edilir

29 Mart 2025 17:48

Myanmanın Mandalay şəhərində zəlzələ nəticəsində uçmuş yaşayış binasının dağıntıları altında 90-dan çox insanın qaldığı güman edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi məlumat verib.Hazırda xilasedicilər uçmuş 12 mərtəbəli binanın dağıntıları altında xilasetmə işləri aparırlar.

Qeyd edək ki, ötən gün Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb. Zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur.

Milli.Az