Klavesin Musiqisi Gecəsi baş tutub - FOTOlar

29 Mart 2025 15:52

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Klavesin Musiqisi Gecəsi baş tutub.

Dirijor Üzeyir Məmmədovun rəhbərliyi, Simurq orkestrinin müşayiəti ilə solist - Leonard Schick (klavesin, Almaniya) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Leonard Schick uvertüra g-moll və 3 saylı konsert, J.S. Bach 3 saylı Bradenburq konserti, G.F.Handel 125 saylı Concerto grosso (op.6), A.Vivaldi sonata N°12, op.1 "La follia" səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az