Azərbaycan gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar

29 Mart 2025 15:54

Azərbaycanın bədii gimnastları Bakıda keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.

Trend xəbər verir ki, gənclərin yarışında Şəms Ağahüseynova və Azadə Atakişiyeva fərdi proqram üzrə komanda hesabında yüksək nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirə martın 30-da yekun vurulacaq.

Milli.Az