Dəm qazından ölən 22 yaşlı tələbənin FOTOsu

29 Mart 2025 22:25

Naxçıvanda bədbəxt hadisə baş verib.

Milli.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhəri 28 may küçəsində qeydə alınıb.

Laçın rayon sakini 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, o, Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magistr tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az metbuat.az-a istinadla fotonu təqdim edir:

Milli.Az