Dorival Junior istefaya göndərildi

29 Mart 2025 16:46

Dorival Junior futbol üzrə Braziliya millisi komandasının baş məşqçisi postunu tərk edib.

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) saytında məlumat verilib.

"Rəhbərlik mütəxəssisə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır. Bundan sonra CBF ona əvəz axtaracaq", - deyə məlumatda bildirilib.

Dorival Juniorun işdən çıxarılmasına 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Braziliyanın Argentinaya böyükhesablı (1:4) məğlubiyyəti olub. Braziliya hazırda turnir cədvəlində dördüncü yerdədir.

62 yaşlı Junior 2024-cü ilin yanvarında Braziliya millisinin baş məşqçisi vəzifəsinə keçmişdi.

Milli.Az