Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

29 Mart 2025 09:49

Dağıstanda öldüyü güman edilən qadın məsciddə vida mərasimi zamanı qəflətən dirilib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, qadın xəstələnib və huşunu itirib - yaxınları onun dünyasını dəyişdiyini düşünüblər. Meyiti yumaq üçün məscidə gətiriblər və o, burada gözlərini açıb.

Dirilən qadın xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, əvvəllər ona "Lazarus sindromu" diaqnozu qoyulub - bu, ürək dayanmasından sonra qan dövranının kortəbii bərpasıdır.

Milli.Az