Myanmada zəlzələdə ölənlərin sayı 1600-ü keçib, 3400-dən çox yaralı var - YENİLƏNİB

29 Mart 2025 18:43

18:43

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1600-ü keçib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda 3400-dən çox yaralı olduğu bildirilir.

Bu gün Myanmada 5,1 bal gücündə daha bir zəlzələ baş verib.

10:22

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1002-yə, yaralıların sayı isə 2376-ya çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Myanmada 7.7-7.9 bal gücündə zəlzələ baş verib.

09:16

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.

Milli.Az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

-----------
08:18

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.

Milli.Az xəbər verir ki, bu haqda "France-Presse" agentliyi məlumat verib.

Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.

--------

20:41

Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.

Milli.Az xəbər verir ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.

Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.

-------

Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscid uçub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Khit Thit" nəşri məlumat yayıb.

Hadisə nəticəsində ən azı 10 nəfər həlak olub.

Qeyd edək ki, Myanmada 7,7 bal gücündə zəlzələ olub.

Milli.Az