Mikroavtobus minik maşını ilə toqquşdu - Xəsarət alanlar var

28 Mart 2025 12:09

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

Trend-in əldə etdiyi məlumata görə, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az