Moskvada terror aktına cəhd - FTX hərəkətə keçdi

28 Mart 2025 11:55

Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin kimliyi açıqlanmasa da onun 1972-ci il təvəllüdlü olduğu və bundan əvvəl Rusiya CM-nin adamöldürmə, hədə-qorxu yolu ilə pul tələb etmə, qarət maddələri üzrə məhkum həyatı yaşadığı bildirilir.

FTX onun terror aktını Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə planlaşdırdığını iddia edir.

Milli.Az