Bakının bu rayonunda əmlak bazarında canlanma - VİDEO

28 Mart 2025 10:32

Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması Masazır və Xırdalana marağı artırıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, Masazır və Xırdalanda evlər çıxarışlı olduğundan ipotekaya yararlıdır.

Xüsusən də son illərdə Bakı ətrafında yerləşən bu ərazilər mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib.

Ekspert deyir ki, eyni zamanda, bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır. Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az