Martın 27-də Ermənistan Milli Assambleyasının üzvləri gizli səsvermə zamanı Baş prokuror Anna Vardapetyanın parlament üzvləri Ovik Ağazaryan və Taron Marqaryana qarşı cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatətini təmin ediblər.
Milli.Az teleqraf-a istinadla xəbər verir ki, 67 deputat yekdilliklə Taron Marqaryanın, 65 deputat isə Ovik Ağazaryanın deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.
Qeyd edək ki, hər iki şəxs deputat səlahiyyətlərindən sui-istifadə ittiham edilir.
Milli.Az