Türkiyədə ağır qəza: ölənlər və yaralananlar var

28 Mart 2025 08:38

Türkiyənin Diyarbəkir şəhərində ağır yol qəzası olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bismil rayonunda qeydə alınıb.

Dörd nəqliyyat vasitəsinin zəncirvari qəzaya uğraması nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis, jandarm əməkdaşları cəlb olunub.

Milli.Az