Azərbaycanda ata qızını bıçaqladı

27 Mart 2025 23:28

Goranboyda ata qızını bıçaqlayıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində baş verib.

1979-cu il təvəllüdlü R.Cəfərov ailə münaqişəsi zəminində, qızı 2008-ci il təvəllüdlü A.Cəfərovaya bıçaqla xəsarət yetirib.

Faktla bağlı Goranboy Rayon Polis İdarəsində araşdırma başlanılıb.

Qadın xəstəxanaya yerləşdirilib.

Milli.Az