Gürcüstanda Saakaşvilinin partiyası qadağan olunacaq

27 Mart 2025 22:31

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq və bundan sonra seçkilərdə iştirak edə bilməyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

"Artıq indiki mərhələdə aydındır ki, istintaq [parlament] komissiyasının rəyi bu partiyaların konstitusiyaya zidd elan edilməsi üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, Konstitusiya Məhkəməsi obyektiv qərar verəcək", - deyə o bildirib.

Onun sözlərinə görə, həmin müxalif partiyalar bu ölkədə nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə iştirak edə bilməyəcəklər.

Milli.Az