Melaniya Trampın gəlinliyi hərraca çıxarıldı - FOTO

27 Mart 2025 18:36

ABŞ-nin birinci xanımı Melaniya Trampın gəlinliyi "eBay" onlayn hərrac platformasında satışa çıxarılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Melaniyanın 2005-ci ildə prezident Donald Trampla evlənərkən geyindiyi Con Qalliano imzalı gəlinlik paltarının başlanğıc qiyməti 45 min dollardır.

Satıcı məhsulun təsvirində qeyd edib ki, ortaq bir dostları 2010-cu ildə paltarı birbaşa birinci xanımdan 70 min dollara alıb.

Melaniya Trampın su pərisi ətəkli atlaz gəlinlik üçün 187 min dollar ödədiyi bildirilir.

Milli.Az