Cəlilabadda yol qəzası: ölən və yaralanan var

27 Mart 2025 14:07

Cəlilabad rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza nəticəsində sürücü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin Gülsüm Abdullayeva həlak olub.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Milli.Az