Rusiya ordusunda döyüşən Xəlil Mehdiyev həlak oldu

27 Mart 2025 12:03

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Əslən Füzuli rayonundan olan Xəlil Mehdiyev Rusiya ordusunun sıralarında döyüşüb.

Onun hansı istiqamətdə öldüyü məlum deyil.

Milli.Az