Vüqar Əbdülovdan qadağa

27 Mart 2025 11:15

Meyxanaçı Vüqar Əbdülov mahnılarını oxuyan sənət adamlarına səslənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Tarixin bir günü" verilişində danışan sənətçi onlara qadağa qoyub:

"Mahnılarımın oxunmasına etiraz etmirəm. Amma onu sındırmasınlar. Mahnının haqqını versinlər. Əgər bu, yaxşı mahnıdırsa, haqqını verin. Mahnımı yaxşı oxumayacaqsansa, oxuma, istəmirəm".

Milli.Az