Bakı metrosunda 10 dəqiqəlik gecikmə

27 Mart 2025 10:15

Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qatar 10 dəqiqəyə yaxın gecikib.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a sərnişinlər məlumat verib.

Bildirilib ki, gecikmə səhər saatlarında yaşanıb.

Gecikmənin səbəbi məlum deyil.

Məsələ ilə bağlı rəsmi sorğu göndərilib.

Milli.Az