Hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yandı

27 Mart 2025 10:10

Rusiyanın Mineralnıye Vodı hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu haqda "112" "Telegram" kanalında hadisənin videogörüntüləri yayılıb.

Kanalda həmçinin qeyd olunub ki, hadisə zamanı baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təyyarənin 8 nəfərlik heyəti xəsarət almayıb. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

Milli.Az