Bu sağlamlıq problemi də tibbi sığorta hesabına qarşılanır

27 Mart 2025 05:05

Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, adıçəkilən müraciət üzrə xanımların müayinəsi və testlərin aparılması tibb müəssisələrində tibbi sığorta hesabına həyata keçirilir.

Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələrlə uşaqlıq polipləri, miomalar və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına aradan qaldırılır.

Agentlikdən qeyd edilib ki, kişilərdə də sonsuzluqla bağlı bəzi xidmətlər sığorta hesabına edilir. 

Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər.

Milli.Az