Bütün dövrlərin ən yaxşı 20 aktyoru: Onlar kimlərdir?

26 Mart 2025 17:04

Bu aktyorlar tamaşaçıları öz istedadları ilə valeh ediblər.

Film sənayesi və filmlərə həsr olunmuş SlashFilm kinoportalı tarix boyunca ən yaxşı 20 aktyorun siyahısını təqdim edib.

Reytinqin müəllifləri qeyd edirlər ki, hər bir aktyor öz bacarığı ilə ekran qarşısında heyrətləndirib. Onların aktyor oyunu zaman keçsə belə, hələ də təsirli olaraq qalır.

Maraqlıdır ki, siyahıya həm kino sənayesinin əfsanəvi ulduzları, həm də müasir aktyorlar daxil edilib. Siyahı hər hansı bir ardıcıllıq olmadan təqdim olunub.

Lent.az xarici mediaya istinadla bütün dövrlərin ən yaxşı aktyorlarının siyahısı təqdim edir:

Tom Kruz (Ən məşhur filmləri: "Missiya: Mümkün deyil", "Yağış adamı")

Morgen Friman (Ən məşhur filmləri: "Şouşenkdən qaçış", "Yeddi")

Al Paçino (Ən məşhur filmləri: "Qadının qoxusu", "Xaç atası2)

Spencer Treysi (Ən məşhur filmləri: "Cəsarətli kapitanlar", "Qoca və dəniz")

Cek Nikolson (Ən məşhur filmləri: "Bir quş yuvasının üzərindən uçarkən", "Parıltı")

Çarli Çaplin (Ən məşhur filmləri: "Böyük şəhərin işıqları", "Böyük diktator")

Leonardo Di Kaprio (Ən məşhur filmləri: "Titanik", "Hyu Qlasın əfsanəsi")

Cin Hekmen (Ən məşhur filmləri: "Fransız əlaqəsi", "Bağışlanmaz")

Lourens Olivye (Ən məşhur filmləri: "Qasırğalı zirvə", "Hamlet")

Piter O'Tul (Ən məşhur filmləri: "Əlvida, padşahım!", "Ərəb Lourensi")

Ceyms Stüart (Ən məşhur filmləri: "Pəncərədən baxış", "Möhtəşəm cənab Foks")

Robert De Niro (Ən məşhur filmləri: "Xaç atası 2", "Taksist")

Sidni Puatye (Ən məşhur filmləri: "Əgər biz bunu edə biləriksə", "Gecə qatarı")

Filipp Seymur Hoffman (Ən məşhur filmləri: "Kapote", "İblisə qapılmış")

Daniyel Dey-Luis (Ən məşhur filmləri: "Neft", "Sol ayağım")

Keri Qrant (Ən məşhur filmləri: "Şahzadə ilə istirahət", "Sirli şəhər")

Toşiro Mifune (Ən məşhur filmləri: "Yeddi samuray", "Rasyomon")

Pol Nyuman (Ən məşhur filmləri: "Ceynə nə oldu?", "Soyuqqanlı Luk")

Denzel Vaşinqton (Ən məşhur filmləri: "Şöhrət", "Təlim günü")

Marlon Brando (Ən məşhur filmləri: "Xaç atası", "Limanda")

Milli.Az