Xankəndiyə turist axını var - VİDEO - FOTO

26 Mart 2025 13:25

Bayram tətilini fürsət bilən sakinlər işğaldan azad edilmiş bir çox rayonlarımızla bərabər, Xankəndi şəhərinə də səfərlər edirlər.

Trend xəbər verir ki, həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir.

Bu il Xankəndidə Novruz bayramı münasibətilə tonqallar yandırılıb, bayram konserti keçirilib. Bu da Xankəndi şəhərinə gələn turistlərin sayında xeyli artımla müşahidə edilir.

Buraya xüsusilə Bakı şəhəri və ətraf rayonlardan daha çox qonaq gəlir. Qonaqlar Xankəndi şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olurlar.

Milli.Az