Rusiya aviaşirkəti Bakıya uçuşları bərpa edir

26 Mart 2025 12:55

Rusiyanın "Red Wings" aviaşirkəti aprel ayında Jukovski hava limanından Bakıya uçuşları bərpa edir.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Red Wings" aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Azərbaycanın paytaxtı Bakıya birbaşa müntəzəm uçuşların bərpa olunduğunu elan edir. İlk uçuş 27 aprel 2025-ci il tarixinə planlaşdırılır", - deyə aviaşirkətdən bildirilib.

Qeyd edilib ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək, uçuş 16:20 (yerli vaxtla), geri dönüş 21:40 (yerli vaxt) olacaq.

Milli.Az