İngiltərədə yerləşən bir fermada tapılan nadir bir toyuq yumurtası dünyanın ən bahalı yumurtası olaraq rekord qırıb.
Milli.Az xəbər verir ki, bu unikal yumurta 420 funt sterlinq (təxminən 912 manat) qiymətinə satılıb.
Ferma işçisi Eli Qrin bu yumurtanın adət üzrə olanlardan fərqli olaraq sferik formada olduğunu və bunun çox nadir bir hadisə olduğunu bildirib. Yumurtanın normal yumurtavari formasında olmadığını daha çox bir topa bənzədiyini qeyd edən Qrin bu cür yumurtaların əvvəllər də hərraclarda satıldığını, amma qiymətinin yalnız 220 funt sterlinq civarında olduğunu söyləyib. Lakin, onun tapdığı bu yumurta əvvəlki rekord qiyməti ikiqat artıraraq 420 funt sterlinqə satılıb.
Qrin həmçinin əlavə edib ki, əldə olunan gəlir təcavüzə məruz qalmış insanların reabilitasiyasına kömək məqsədilə xeyriyyə işlərinə yönəldiləcək. Bu unikal hadisə həm nadir bir təbiət hadisəsi olaraq, həm də sosial məsuliyyətlə əlaqədar edilən bu təşəbbüs ilə diqqət çəkib.
Asya
Milli.Az