Anna Prokofyeva hərbi əməliyyat zonasında həlak oldu

26 Mart 2025 13:07

Belqorod vilayətində Rusiyanın "Birinci kanal"ının ("Первый канал") televiziyasının hərbi jurnalisti Anna Prokofyeva həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə bloqer Vladimir Romanov "Telegram" kanalında yazıb.

Məlumat hələ ki rəsmən təsdiqlənməyib.

Milli.Az