Evlərini satmaq istəyən bu şəxlərə PİS XƏBƏR

26 Mart 2025 12:52

Bəzi hallarda tərəflər arasında nikah müqaviləsinin imzalanmaması və daha öncə konkret razılaşdırılmadığı üçün boşandıqdan sonra ciddi əmlak problemləri meydana çıxır. Boşandıqdan sonra özünü göstərən belə əmlak mübahisələri tərəflər üçün ciddi çətinliyə çevrilir.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, tərəflər arasında nikah pozulduqda əmlaklarla bağlı bərabər hüquqlar həyata keçirilir:

"Əmlak sövdələşməsi deyilən bir anlayış qanunvericilikdə nikah müqaviləsinin müddəalarının altında öz əksini tapır. Ailə Məcəlləsinin 38-ci maddəsi, yəni nikah müqaviləsi nikaha girməzdən öncə və nikah müddətində də bağlana bilər. Tərəflər arasında nikah pozulduqdan sonra, həmin əmlaklarla bağlı bərabər hüquqlar həyata keçirilir". 

Hüquqşünas qeyd edib ki, tərəflərdən biri əmlakı satın alan zaman, digərinin əsas müştəri kimi almaq hüququ var:

"Bildirim ki, tərəflər arasında nikah pozulduqdan və əmlak bölündükdən sonra, tərəflərdən biri əmlakını satmaq istədikdə birinci növbədə digər mülkiyyətçiyə əmlakını təklif etməlidir. Çünki həmin mülkiyyətçinin Mülki Məcəllənin tələblərinə uyğun olaraq, satın almada üstünlük hüququ mövcuddur. Həmin hüquq əsasında birinci əmlak həmin şəxsə təklif olunmalıdır. Daha sonra əgər o şəxs almaqdan imtina edərsə, əmlak digər şəxslərə təklif edilə bilər. Yaxud tərəflər qarşılıqlı şəkildə razılaşmalaqla, əmlakı satıb əmlak üzərində olan paylar nisbətinə uyğun olaraq, gəliri bölüşdürə bilərlər".

Milli.Az