"Real"m yayda "transfer bombası partlatmağa" hazırlaşır.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, Fabrisio Romanonun xəbərinə görə, "Kral klubu" "Liverpul"un müdafiəçisi Trent Aleksandr-Arnold ilə müqavilə bağlamağın bir addımlığındadır. Artıq ingilisə rəsmi müqavilə təklifi də edilib.
Bütün tərəflər müqavilənin imzalanacağına əmindirlər. Madrid klubu il boyu Arnoldun mersisaydlılardakı vəziyyətini diqqətlə izləyib.
Romano qeyd edir ki, söhbət Trentin "Real"la müqavilə imzalayıb-imzalamamasından deyil, bunu dəqiq nə vaxt edəcəyindən gedir.
Milli.Az