Yanğın söndürən helikopter qəzaya uğradı

26 Mart 2025 16:39

Cənubi Koreyanın meşə yanğınlarının tüğyan etdiyi Uiseonq bölgəsində helikopter qəzaya uğrayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

İlkin məlumata görə, helikopterdə yalnız bir pilot olub.

Onun vəziyyəti ilə bağlı hələlik məlumat verilməyib.

Milli.Az