Cənubi Koreya tarixinin ən dağıdıcı meşə yanğınları ilə üzləşib. Ötən cümədən ölkənin cənub-şərq bölgəsində başlayan yanğınlar havaların quru və küləkli keçməsi ilə əlaqədar daha geniş ərazilərə yayılıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, 17,400 hektardan çox sahəni əhatə edən alov azı 18 nəfərin həyatına son qoyub, 20 nəfər yaralanıb.
Məlumata görə ölənlərdən dördü yanğınsöndürən olub. Bölgədə olan yüzlərlə bina və tikili, o cümlədən 1300 yaşı olan buddist məbədi məhv olub.
Milli.Az