"Fənərbaxça"dan yeni transfer

26 Mart 2025 09:25

"Fənərbaxça" Milan Şkrinyarın transferi ilə bağlı PSJ ilə danışıqları yekunlaşdırıb.

Trend xəbər verir ki, hazırda komandada icarə əsasında çıxış edən müdafiəçi mövsümün sonunda komandada qalacaq.

İstanbul təmsilçisi slovakiyalı müdafiəçinin transferinə görə 10 milyon avro ödəyəcək. Şkrinyarla 4 illik müqavilə bağlanması gözlənilir.

Milli.Az