İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 11 nəfər ölüb

26 Mart 2025 09:09

İsrailin Qəzza sektorunu bombalaması nəticəsində beşi uşaq olmaqla azı 11 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib.

Milli.Az