"Liverpul"un ulduzu "Real"da!

25 Mart 2025 17:09

İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold "Real"la (İspaniya) anlaşıb.

Milli.Az bildirir ki,  26 yaşlı müdafiəçinin agentləri Madrid klubu ilə müqavilənin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.

O, yayda azad agent olduqdan sonra "Real"la 5 illik müqaviləyə imza atacaq. Bu müqviləyə əsasən futbolçu bir mövsüm ərzində 15 milyon avro qazanacaq. T.Aleksander-Arnoldun "Liverpul"da illik qazancının 11 milyon avro olduğu bildirlir.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan müdafiəçi 2016-cı ildən əsas komandada çıxış edir. /Report

Milli.Az