Belarusla oyuna bu sayda bilet satılıb

25 Mart 2025 14:58

Azərbaycan millisinin bu gün Belarusla keçirəcəyi yoldaşlıq matçına satılan biletlərin sayı açıqlanıb.

Bu barədə Milli.Az-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Masazırda yerləşən, 8900 azarkeş tutumuna malik "Bank Respublika Arena"da baş tutacaq görüşə indiyə qədər 2000 bilet satılıb.

Qeyd edək ki, Azərbaycan - Belarus matçına saat 21:45-də start veriləcək.

Milli.Az